Almaniyanın "Rheinmetall" şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

Almaniyanın "Rheinmetall" şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

Tarix: 01 Jul 2026 04:47

Almaniyanın Rheinmetall müdafiə konserni Ukraynaya 155 millimetrlik artilleriya mərmiləri və döyüş yüklərinin tədarükü ilə bağlı iri sifariş alıb.

APA xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

Müqavilənin dəyəri on milyonlarla avro ilə qiymətləndirilsə də, dəqiq məbləğ açıqlanmayıb. Mərmilərin istehsalına artıq başlanılıb və tədarükün 2027-ci ilin birinci rübündə başa çatdırılması planlaşdırılır.

Şirkət qeyd edib ki, istehsal olunacaq sursat NATO-nun müxtəlif artilleriya sistemləri ilə tam uyğundur.

c Ukrayna sursat

Mənbə: apa.az

Xəbər Lenti