"Hakimlərin Etik Davranış Kodeksi” layihəsi təsdiq olunub

"Hakimlərin Etik Davranış Kodeksi” layihəsi təsdiq olunub

Tarix: 01 Jul 2026 10:58

İyunun 30-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Qurumdan APA-ya verilən xəbərə görə, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sistemində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb, “Azərbaycan Respublikası məhkəmələrinin ədalət mühakiməsinin həyata keçirilməsi fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə sahə Siyahısı və onun tətbiq olunmasına dair Təlimat” və dövrün tələblərinə uyğun olaraq yenidən işlənilmiş “Hakimlərin Etik Davranış Kodeksi” layihələri təsdiq olunub.

Məhkəmə-Hüquq Şurası "Hakimlərin Etik Davranış Kodeksi” layihəsi
"Hakimlərin Etik Davranış Kodeksi” layihəsi təsdiq olunub

Mənbə: apa.az

Xəbər Lenti