FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

Tarix: 01 Jul 2026 10:54

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Suraxanı rayonunda "BakuBus" və Binəqədi rayonunda “MedEra Hospital” MMC-lərdə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda rəhbər heyətin, Xətai rayonu üzrə ərazi qüvvələri və hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə isə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqləri keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, məşqlərin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşqlər zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

FHN Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

Mənbə: apa.az

Xəbər Lenti