Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin edilib

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin edilib

Tarix: 01 Jul 2026 12:09

Azərbaycan Respublikasının Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə Müjdat Həsənov təyin olunub.

APA-nın xəbərinə görə, Müjdat Həsənov bu təyinatadək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, may ayında Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova bu vəzifədən azad edilib.

Gülcahan İmanqızı Azərbaycanın Türkiyədəki səfirliyi təhsil məsələləri üzrə müşavir Müjdat Həsənov Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi

Mənbə: apa.az

Xəbər Lenti