Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Tarix: 02 May 2024 22:15

Ankara İsrail tərəfi ilə bütün ticarət əlaqələrini dayandırıb.

APA xəbər verir ki, bu barədə Bloomberg iki türk rəsmisinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, respublika hakimiyyət orqanları hələlik bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib.

Bildirilib ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi pul ifadəsində 6,8 milyard dollar təşkil edib.

Eyni zamanda, tədarükün 76%-i Türkiyə mallarının ixracından əldə olunub.

Xəbər Lenti