ABŞ ordusu Yəmənin Husilərin nəzarət etdiyi bölgəsində üç PUA məhv edib

Tarix: 03 May 2024 03:49

ABŞ ordusu Yəmənin husilərin nəzarətində olan bölgəsində üç pilotsuz uçuş aparatı (PUA) məhv edib.

APA xəbər verir ki, bu barədə Pentaqonun mərkəzi komandanlığı məlumat yayıb.

Pentaqondan bildirilib ki, PUA-lar ABŞ və koalisiya qüvvələrinə, eləcə də bölgədəki ticarət gəmiləri üçün təhlükə yaradıb.

Xəbər Lenti