- Şənbə, 28 Dekabr, 2024
Tarix: 03.05.2024 12:14
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi “Baş vermis ağır yol nəqliyyat hadisəsi zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz təhlükəsizlik işlərinin təşkili, xilasetmə alət və avadanlıqlardan təyinatı üzrə istifadə olunması” mövzusunda praktiki təlim keçirib.
APA FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək ilk yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.