Cümə axşamı, 2 İyul, 2026
Tarix: 02 Jul 2026 14:52
Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint”–Ambulator Reabilitasiya Məntəqəsi tərəfindən ötən dövrdə əlilliyi olan 4 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib.
ƏƏSMN-dən APA-ya verilən məlumata görə, məntəqə 2023-cü ilin dekabrın 1-də fəaliyyətə başlayıb və bölgədə yaşayan əlillliyi olan şəxsləri ambulator şəraitdə müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri ilə təmin edir.
Qeyd olunub ki, onlar ehtiyac duyduqları reabilitasiya vasitələrini də bu məntəqədən əldə edirlər. İndiyədək “RehaPoint” Məntəqəsində əlilliyi olan 400-dən çox şəxsə 10 mindən çox reabilitasiya vasitəsi verilib.
ƏƏSMN reabilitasiyaMənbə: apa.az