Qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə infotur təşkil olunub - FOTO

Qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə infotur təşkil olunub - FOTO

Tarix: 03 Jul 2026 11:11

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-də media nümayəndələri üçün qabiliyyət imtahanlarını müşahidə məqsədilə infotur təşkil edib.

APA xəbər verir ki, jurnalistlər əvvəlcə Tofiq Bəhramov adına Respublika Stadionunda idman istiqaməti, daha sonra isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində musiqi istiqaməti üzrə keçirilən qabiliyyət imtahanlarını izləyib.

Tədbir zamanı iştirakçılara qabiliyyət imtahanlarının təşkili və qiymətləndirilməsi prosesi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, qabiliyyət imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, idman və jurnalistika istiqamətləri üzrə keçirilir.

Bu il qabiliyyət imtahanlarında iştirak üçün ümumilikdə 30 minə yaxın abituriyent və subbakalavr qeydiyyatdan keçib. Onlardan təxminən 24 mini ali təhsil müəssisələrinin V ixtisas qrupu, 3 400-ə yaxını tam orta təhsil, 2 minə yaxını isə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərdir.

Qabiliyyət imtahanlarına iyunun 22-də start verilib və proses avqustun ortalarınadək davam edəcək. İmtahanların keçirilməsi üçün 100-dən artıq Qabiliyyət İmtahanı Komissiyası fəaliyyət göstərir. Komissiyaların tərkibinə müvafiq dövlət qurumlarının, ali və orta ixtisas təhsili müəssisələrinin, yaradıcılıq ittifaqlarının nümayəndələri və DİM əməkdaşları daxildir.

Hazırda idman istiqaməti üzrə imtahanlar Bakı ilə yanaşı, Tovuz, İsmayıllı və Şərurda, musiqi istiqaməti üzrə isə Bakı, Gəncə, Şəki, Lənkəran, Bərdə və Naxçıvanda keçirilir. Təsviri sənət, teatr, kino və xoreoqrafiya istiqamətləri üzrə imtahanlar da müəyyən edilmiş qrafikə uyğun olaraq davam etdirilir.

DİM xatırladıb ki, memarlıq, jurnalistika və islamşünaslıq ixtisasları üzrə qabiliyyət imtahanlarına qeydiyyat müvafiq ixtisas qrupları üzrə ikinci cəhd imtahanlarının nəticələri elan edildikdən sonra aparılacaq.

Gülcahan İmanqızı DİM qabiliyyət imtahanı infotur
Qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə infotur təşkil olunub - FOTO
Qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə infotur təşkil olunub - FOTO
Qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə infotur təşkil olunub - FOTO

Mənbə: apa.az

Xəbər Lenti