Fatma Yıldırım: Uğurlar xalqın Prezident İlham Əliyevin liderliyinə inamını daha da möhkəmləndirib

Fatma Yıldırım: Uğurlar xalqın Prezident İlham Əliyevin liderliyinə inamını daha da möhkəmləndirib

Tarix: 03 Jul 2026 13:15

Uğurlar xalqın Prezident İlham Əliyevin liderliyinə inamını daha da möhkəmləndirib.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Fatma Yıldırım deyib ki, Medianın İnkişafı Agentliyinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri Azərbaycan cəmiyyətində mövcud ictimai-siyasi ovqatı, vətəndaşların dövlətə və onun rəhbərinə münasibətini obyektiv şəkildə əks etdirir: “İctimai rəy sorğusunun nəticələri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin xalq tərəfindən qətiyyətlə dəstəkləndiyini bir daha təsdiqləyir. Sorğuda əldə olunan yüksək göstəricilər təsadüfi rəqəmlər deyil. Bu, Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi uzaqgörən, milli maraqlara söykənən və konkret nəticələr verən siyasətə xalqın verdiyi yüksək qiymətin ifadəsidir. Dövlət başçısına etimad səviyyəsinin 87,7 faiz, fəaliyyətinə müsbət qiymət verənlərin 93,6 faiz, növbəti prezident seçkilərində ona səs verməyə hazır olanların isə 91,5 faiz təşkil etməsi Azərbaycan cəmiyyətində möhkəm ictimai həmrəyliyin və siyasi sabitliyin göstəricisidir. Xalqın etimadı heç vaxt bəyanatlarla qazanılmır. Bu etimad illərlə aparılan ardıcıl siyasətin, qəbul olunan düzgün qərarların, ölkənin inkişafına, təhlükəsizliyinə, beynəlxalq nüfuzuna və insanların rifahına xidmət edən real nəticələrin məntiqi yekunudur. Azərbaycan vətəndaşı bu gün öz ölkəsində baş verən dəyişiklikləri gündəlik həyatında hiss edir, dövlətin gücləndiyini, söz sahibinə çevrildiyini görür və buna görə də Prezident İlham Əliyevin siyasətini dəstəkləyir.”

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin fəaliyyətinin əsasını milli maraqların qorunması, müstəqil dövlətçilik prinsiplərinə sadiqlik, xalqla açıq dialoq və sosial ədalətin təmin olunması təşkil edir: “Azərbaycan heç vaxt kənar təsirlər qarşısında geri addım atmayıb. Dövlətimizin milli maraqları bütün qərarların mərkəzində dayanıb. Prezident İlham Əliyevin qətiyyətli liderliyi sayəsində ölkəmiz həm regionun aparıcı dövləti, həm də beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, müasir infrastrukturun qurulması, sosial proqramların ardıcıl icrası, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı cəmiyyətin dövlətə inamını daha da gücləndirib.”

Fatma Yıldırım qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası Azərbaycan tarixinin ən böyük nailiyyətlərindən biridir: “Bu möhtəşəm uğurlar xalqın Prezident İlham Əliyevin liderliyinə olan inamını daha da möhkəmləndirib. Çünki vətəndaş görür ki, verilən hər bir vəd konkret nəticəyə çevrilir. İctimai rəy sorğusunun nəticələri xalqla dövlət arasında möhkəm etimadın, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin düzgünlüyünün və Azərbaycanın gələcək inkişaf strategiyasına verilən güclü ictimai dəstəyin ən aydın göstəricisidir. Bu gün Azərbaycan cəmiyyəti əldə olunan uğurları yüksək qiymətləndirir, qarşıdakı hədəflərə də böyük inamla baxır. Xalqın etimadı ölkəmizin bundan sonra da daha güclü, daha qüdrətli və daha nüfuzlu dövlət kimi inkişafının ən mühüm təminatlarından biridir.”

Fatma Yıldırım Prezident İlham Əliyev

Mənbə: apa.az

Xəbər Lenti