- Cümə, 27 Dekabr, 2024
Tarix: 04.05.2024 12:03
Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyəti Cəbrayılın Cocuq Mərcanlı kəndinin ərazisində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
https://t.me/apa_az/83161Bununla da beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb. Səyyahlar 3 gün ərzində Füzuli, Şuşa, Ağdam, Kəlbəcər, Laçın və Cəbrayıl marşrutu üzrə hərəkət ediblər.
***
10:55
Beynəlxalq səyyahlar Xudafərin körpüsündən sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinin ərazisinə səfər ediblər.
APA-nın Qarabağ bürosu xəbər verir ki, səyyahlar burada ANAMA-nın minatəmizləmə əməliyyatları ilə tanış olublar. Onlara məlumat verilib ki, 30 ilə yaxın işğal dövründə ermənilər bu əraziləri minalarla çirkləndirib.