- Cümə, 27 Dekabr, 2024
Tarix: 05.05.2024 03:59
Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.
APA xəbər verir ki, Fransa lideri bunu “La Tribune” qəzetinə müsahibəsində deyib.
“Biz Rusiya ilə danışıqlar üçün qapını açıq qoymaqla düzgün iş görürük”, - ölkə lideri vurğulayıb.
Makronun sözlərinə görə, əks halda Fransa “beynəlxalq nizamdan, dolayısıyla sülh və təhlükəsizlikdən” imtina etmiş olardı.