Şənbə, 24 Yanvar, 2026
Tarix: 05 May 2024 13:17
“Si Cinpinin ölkəsinə səfəri zamanı “Paris-2024” Olimpiadasının davam etdiyi müddətdə Ukrayna cəbhəsi də daxil olmaqla, bütün qlobal münaqişələr üzrə atəşkəs variantını müzakirə edcəcəyik”.
APA-nın məlumatına görə, bunu “Tribune” nəşrinə Fransa prezidenti Emmanuel Makron deyib.
O bildirib ki, buna nail olunması üçün bütün mümkün vasitələrdən istifadə olunacaq.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Parisin bu təkliflə onlara müraciət etmədiyini açıqlayıb.
O həmçinin Ukrayna tərəfini atəşkəsdən silahlanmaq məqsədilə istifadə etməkdə günahlandırıb.