"Titanik" və "Üzüklərin hökmdarı" filmlərində rol alan aktyor Bernard Hill 79 yaşında vəfat edib

Tarix: 05.05.2024 19:27

"Üzüklərin hökmdarı" filmlərində Kral Teoden obrazı ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib.

APA xəbər verir ki, bu barədə Daily Mail yazır.

Öləndə sənətçinin 79 yaşı var idi. Lakin onun ölümünün səbəbləri hələlik açıqlanmayıb.

Bernard Hill 1944-cü ildə İngiltərənin Mançester şəhərində anadan olub. Aktyor 1970-ci illərdə filmlərdə rol almağa başlayıb. Tamaşaçılar onu dünyaca məşhur “Üzüklərin hökmdarı” film trilogiyasında Kral Teoden və “Titanik” romantik dramında Kapitan Edvard Smit rollarına görə xatırlayırlar.

Xəbər Lenti