Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 06 Jul 2026 14:33
Güclü külək Qax rayonunda bir sıra fəsadlara yol açıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarından başlayaraq, Qax, Zaqatala və Balakən rayonları ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.
Rayonların ərazisində fasilələrlə güclü külək, qısamüddətli leysan müşahidə olunur.
Qaxın Marsan, Turaclı və Çüdülü kəndlərində güclü külək çoxlu sayda ağacı, elektrik və rabitə dirəyini aşırıb, elektrik və rabitə naqilləri qırılıb, qaz xətləri zədələnib. Marsan, Turaclı və Çüdülü kəndlərində elektrik enerjisinin, internetin və təbii qazın verilməsində fasilə yaranıb.
Aidiyyəti qurumlar əraziyə cəlb olunub, problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.
Külək Zaqatala rayonunda da bir neçə ağacın aşmasına səbəb olub. Hazırda Zaqatalanın bəzi ərazilərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Vüqar Heydərov Güclü külək Qax Zaqatala fəsad
Mənbə: apa.az