Respublikaçı senator: ABŞ-nin Ukraynaya göndərməyə pulu yoxdur

Tarix: 06 May 2024 09:53

ABŞ müxtəlif mənbələrə borclu olduğundan Ukraynaya göndərməyə pulu yoxdur.

APA-nın “The Hill” nəşrinə istinadən xəbərinə görə, bunu respublikaçı senator Rend Pol deyib.

O bildirib ki, məhz bu səbəbdən ölkəsinin rəsmi Kiyevə maliyyə yardımlarını dayandırmasını istəyir. Senatorun sözlərinə görə, Dövlət Departamentinin təkcə Çinə 1 trilyon dollar borcu var.

R.Polun sözlərinə görə, Ukrayna indiki şəraitdə NATO-ya üzvlük ideyasından imtina etməli, habelə Rusiya tərəfinə müəyyən dərəcədə güzəştə getməlidir.

Xəbər Lenti