Rəsmi Moskva Ukrayna müharibəsində Şimali Koreya istehsalı raketlərdən istifadə etməsini şərh etməyib

Tarix: 06 May 2024 13:18

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın xüsusi hərbi əməliyyat zamanı Şimali Koreya istehsalı raketlərdən istifadə etməsi ilə bağlı məlumatları şərh etməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Ukrayna müharibəsində Rusiya ordusunun Şimali Koreya istehsalı raketlərdən istifadə etməsi ilə bağlı suala belə cavab verib : “Bu, xüsusi hərbi əməliyyatın gedişinə aiddir, bu, bizim hərbçilərimizə aid məsələdir”, deyə Peskov qeyd edib.

Xəbər Lenti