Moskva-Orenburq sərnişin təyyarəsi qəza enişi edib - YENİLƏNİB

Tarix: 06 May 2024 16:14

Moskva-Orenburq reysini həyata keçirən göyərtəsində texniki problem olan “Airbus A-321” təhlükəsiz şəkildə Şeremetyevoda eniş edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.

***

15:54

Moskva-Orenburq reysini həyata keçirən “Nordwind” aviaşirkətinə məxsus Aerobus A321 sərnişin təyyarəsi Flightradar uçuş izləmə xidmətinin xəritəsindən itib.

APA-nın Rusiya bürosu xəbər verir ki, təyyarə xəritədə yoxa çıxmazdan əvvəl təcili siqnal verib və Nijni-Novqorod vilayəti üzərindən Moskvaya tərəf dönüb.

Təyyarənin 3 min metr hündürlüyədək endiyi bildirilib.

Fövqəladə Hallar xidmətlərindən verilən məlumata görə, göyərtəsində texniki problem olan Airbus A-321 reysi Moskva vaxtı ilə saat 15.10-da Şeremetyevo hava limanına eniş etməlidir.

Xəbər Lenti