Çərşənbə axşamı, 7 İyul, 2026
Tarix: 07 Jul 2026 11:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirəcək.
ƏƏSMN-dən APA-ya verilən məlumata görə, aktiv məşğulluq tədbiri iyulun 9-u saat 11:30-da “Ağalı” hotelində təşkil olunacaq.
Bildirilib ki, tədbirdə işaxtaran şəxslərə 18 müəssisə tərəfindən elektrik qaz qaynaqçısı, mexanik, çilingər-santexnik, mühəndis, kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis, satıcı-kassir, hüquqşünas, informasiya texnalogiyaları üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis, qaz paylayıcı stansiyanın operatoru, aşpaz, bağban, gözətçi, traktorçu, anbardar, sürücü və s. peşə istiqamətləri üzrə 80-dən çox vakansiya təqdim ediləcək.
"Yarmarkaya gələn şəxslərə Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumatlar veriləcək. Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir",- məlumatda qeyd edilib.
ƏƏSMN əmək yarmarka Zəngilan vakansiya
Mənbə: apa.az