Mayın 9-da Moskvada paradda iştirak edəcək xarici liderlərin siyahısı məlum olub

Tarix: 06 May 2024 18:06

Mayın 9-da Moskvada keçiriləcək faşizm üzərində qələbənin 79-cu il dönümünə həsr olunan paradda iştirak edəcək xarici dövlət başçılarının siyahısı məlum olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Kuba, Laos və Qvineya-Bisau liderlərinin mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcəyini açıqlayıb.

Xəbər Lenti