Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq

Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq

Tarix: 07 Jul 2026 17:44

Ermənistanda küçə mübarizəsi mütləq baş verəcək və bu, bir dəfəlik və qəti şəkildə olacaq.

"Newsarmenia" xəbər verir ki, bunu iş adamı və "Güclü Ermənistan" Partiyasının lideri Samvel Karapetyan deyib.

Onun sözlərinə görə, bunun üçün bir neçə təkanverici amil lazımdır: "Həmin amillər yarandıqdan sonra proseslər həm küçədə, həm də Ermənistan parlamentində inkişaf edə bilər. Biz diqqətli olacağıq və belə amillər yaranacağı təqdirdə, istər küçə mübarizəsi, istərsə də parlamentdəki mübarizə olsun, bu baş verəcək. Hər şey birlikdə həyata keçirilməlidir", – Karapetyan bildirib.

İlqar Xudiyev Karapetyan küçə mübarizəsi Ermənistan

Mənbə: apa.az

Xəbər Lenti