Pentaqon: ABŞ və Rusiya hərbçiləri Nigerdə ​​bir-birindən uzaqda yerləşir

Tarix: 07 May 2024 03:37

Nigerdəki hərbi bazada ABŞ və Rusiya əsgərləri bir-birindən uzaq məsafədə yerləşir.

APA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib.

Rayderin sözlərinə görə, onlar heç bir şəkildə bir-təmasa keçmirlər.

“Onlar eyni ərazidə yerləşirlər, amma başa düşdüyüm qədər, kifayət qədər böyük ərazidir, ona görə də yaxınlıqda deyillər”, - Rayder vurğulayıb.

Xəbər Lenti