Çərşənbə, 8 İyul, 2026
Tarix: 08 Jul 2026 18:06
Azərbaycan bölməsi üzrə məktəbəqədər hazırlıq qrupları çərçivəsində məktəb seçimi Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri istisna olmaqla digər rayon və şəhərlər üzrə 13 iyul saat 11:00-dan, Bakı şəhəri üzrə 13 iyul saat 15:00-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 14 iyul saat 11:00-dan başlayacaq.
APA-nın məlumatına görə, məktəbəhazırlıq qruplarına qəbul 12 sentyabr tarixində yekunlaşacaq.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə sənədlərin təqdim edilməsi 1–30 sentyabr 2026-cı il tarixlərində həyata keçiriləcək.
Gülcahan İmanqızıMənbə: apa.az