Ötən ay 40 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 40 nəfər Azərbaycana readmissiya edilib

Tarix: 08 Jul 2026 17:50

Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin iyun ərzində 40 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.

"Bundan əlavə, cari ilin iyun ərzində ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 7600, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 414 müraciət daxil olub. Müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 902 müraciət daxil olub.

Həmçinin 2026-cı ilin iyun ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 41156 müraciət daxil olub. Müvafiq dövr ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 1836 inzibati qərar qəbul edilib. Həmçinin qeyd edək ki, ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən bu ilin iyun ərzində 187 qərar, ilk 6 ayı ərzində ümumilikdə 850 qərar qəbul edilib", - məlumatda qeyd edilib.

Günay Elşən DMX readmissiya əcnəbi vətəndaşlıq icazə

Mənbə: apa.az

Xəbər Lenti