Cümə axşamı, 9 İyul, 2026
Tarix: 09 Jul 2026 10:45
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, nazir müavinləri, həmçinin xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Zəfər parkını və Zəfər abidəsini ziyarət ediblər.
APA verir ki, ziyarətçilər Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.
Onlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad ediblər.
Firuzə VahidMənbə: apa.az