Cümə axşamı, 9 İyul, 2026
Tarix: 09 Jul 2026 14:31
"Müəllimlərin İşə Qəbulu üzrə ödəniş etməli olan namizədlərdən 21050 şəxs artıq iştirak haqqını ödəyərək müsabiqədə iştirakını təsdiqləyib".
Bu barədə APA-nın sorğusuna cavab olaraq, MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, artıq hazırlıq mərhələsi yekunlaşmaq üzrədir: "14 iyuldan etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start veriləcək. Bu həftə ərzində isə namizədlərin şəxsi kabinetlərinə imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək".
Günay Elşən müəllimlərin işə qəbulu Elm və Təhsil Nazirliyi MİQMənbə: apa.az