Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib

Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib

Tarix: 09 Jul 2026 19:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, aktiv məşğulluq tədbirində dövlət və özəl sektora aid 18 müəssisə tərəfindən hüquqşünas, mühəndis, mexanik, elektrik qaz qaynaqçısı, çilingər-santexnik, kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis, satıcı-kassir, informasiya texnologiyaları üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis, qaz paylayıcı stansiyanın operatoru, aşpaz, bağban, gözətçi, traktorçu, anbardar, sürücü və s. peşə istiqamətləri üzrə 80-dən çox vakansiya təqdim edilib.

Yarmarkaya qatılan vətəndaşlara vakansiyalar və iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

İştirakçılara işğaldan azad olunmuş ərazilərdə icra olunan digər aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.

Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib
Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib

Mənbə: apa.az

Xəbər Lenti