Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq

Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq

Tarix: 09 Jul 2026 20:57

Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib ki, məhdudiyyət aşağıdakı tarixlərdə tətbiq olunacaq:

10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək; 11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək.

Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.

Bakı AAYDA yol təmiri

Mənbə: apa.az

Xəbər Lenti