İstanbulda yük təyyarəsi qəza enişi edib - VİDEO

Tarix: 08 May 2024 11:01

İstanbulda yük təyyarəsi qəza enişi edib.

APA NTV-yə istinadən xəbər verir ki, İstanbul hava limanında yük təyyarəsi eniş edərkən şassisi açılmayıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Yük təyyarəsinin ABŞ şirkətinə məxsus olduğu bildirilir.

https://t.me/apa_az/83321

Lamiyə Şirinova

Xəbər Lenti