Birinci yarımildə DSMF-nin xərcləri  4 milyard 124 milyon manat olub

Birinci yarımildə DSMF-nin xərcləri 4 milyard 124 milyon manat olub

Tarix: 10 Jul 2026 11:41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci yarımilində proqnozla müqayisədə 5 faiz və ya 197 milyon manat çox olmaqla 4 milyard 295 milyon manat təşkil edib.

Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 199 milyon manat artaraq 3 milyard 432 milyon manat olub: "Yanvar-iyun aylarında DSMF-nin xərcləri isə 4 milyard 124 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 380 milyon manat çoxdur".

ƏƏSMN DSMF

Mənbə: apa.az

Xəbər Lenti