Bu gün keçirilən imtahanlarda 12 nəfərdə telefon aşkarlanıb və imtahandan kənarlaşdırılıb

Bu gün keçirilən imtahanlarda 12 nəfərdə telefon aşkarlanıb və imtahandan kənarlaşdırılıb

Tarix: 12 Jul 2026 13:23

Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.

DİM-dən APA-ya verilən məlumata görə, 12 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və həmin şəxslər ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar.

Mənbə: apa.az

Xəbər Lenti