Dövlət Departamenti: Yaxın həftələrdə Ukraynaya yeni silah tədarükü göndəriləcək

Tarix: 10 May 2024 03:39

Amerika Birləşmiş Ştatları yaxın həftələrdə Ukraynaya yeni silah sistemləri tədarük edəcəyini açıqlayacaq.

APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

O bildirib ki, Ukrayna ordusunda şəxsi heyətin artırılması məsələsi yalnız ölkənin daxili məsələsidir.

“ABŞ Ukraynaya hərbi dəstəyini davam etdirəcək və ordunu məqsədinə çatdırmaq üçün ölkə iqtisadiyyatını dəstəkləməyə davam edəcək”, - deyə o bildirib.

Dövlət Departamentinin sözçüsü onu da bildirib ki, yaxın bir neçə həftə ərzində Ukraynaya silah tədarükü ilə bağlı açıqlamalar olacaq.

Xəbər Lenti