Bazar, 12 İyul, 2026
Tarix: 12 Jul 2026 19:11
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus qanadlı raketin ölkənin qərbində yerləşən Xürrəmabad şəhəri yaxınlığında vurulduğunu bildirib.
Tasnim xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, raket bazar günü səhər saatlarında ABŞ-ın İrana qarşı yeni hücumları zamanı İranın vahid hava hücumundan müdafiə şəbəkəsinə daxil olan müasir sistem vasitəsilə məhv edilib. Bildirilib ki, raketin qalıqları Xürrəmabadın kənarındakı Dərə Nəsb ərazisinə düşüb.
ABŞ tərəfi İranın bu iddiaları ilə bağlı hələlik açıqlama verməyib.
İran ABŞ SEPAH qanadlı raket Xürrəmabad hava hücumundan müdafiə Hörmüz boğazı Əl-Udeyd bazası Oman Küveyt Bəhreyn
Mənbə: apa.az