Taylandda gecə klubunda yanğında 27 nəfər ölüb

Taylandda gecə klubunda yanğında 27 nəfər ölüb

Tarix: 13 Jul 2026 05:48

Taylandın Banqkok şəhərinin Çatuçak rayonundakı yerli vaxtla gecə yarısı radələrində bir gecə klubunda yanğın baş verib.

APA xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürən qrupları əvvəlcə binadan insanları təxliyə etməyə başlayıb.

Taylandın Baş naziri Anutin Çarnvirakul hadisə yerində mətbuata açıqlamasında ilkin qiymətləndirmələrə görə, yanğında 27 nəfərin öldüyünü və bir çox insanın xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bildirib.

Baş nazir onu da əlavə edib ki, yanğının səbəbi ilə bağlı araşdırma başlanıb.

Tayland yanğın klub

Mənbə: apa.az

Xəbər Lenti