Bazar ertəsi, 13 İyul, 2026
Tarix: 13 Jul 2026 11:20
"Biz Gürcüstan hökumətini dəstəkləmək istəmirik, gürcü xalqını dəstəkləmək istəyirik".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündən öncə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Aİ-nin ötən ildən hazırladığı Qara dəniz strategiyası artıq tətbiq mərhələsindədir.
"Qara dəniz ətrafındakı müxtəlif ölkələr əlbəttə ki, bu strategiyanın vacib hissəsidir. Hazırda Gürcüstanla bağlı çətinliklərimiz var, çünki hökumətlə əlaqələrimiz yoxdur", - Kallas əlavə edib.
Cəmilə BabayevaMənbə: apa.az