Kobaxidze: ATƏT Gürcüstanda hökumətin dəyişdirilməsi prosesinə cəlb olunub

Kobaxidze: ATƏT Gürcüstanda hökumətin dəyişdirilməsi prosesinə cəlb olunub

Tarix: 13 Jul 2026 12:32

"ATƏT də artıq qeyri-rəsmi oliqarxik təsir altında fəaliyyət göstərən digər Avropa institutları kimi Gürcüstanda hökuməti dəyişdirmək prosesinə açıq şəkildə cəlb olunub".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, ATƏT Parlament Assambleyasının Gürcüstanla bağlı qəbul etdiyi absurd qətnamə bu prosesin bir hissəsidir və məqsəd ədalətsiz ittihamlar, sanksiyalar və şantaj yolu ilə Gürcüstanda hökuməti dəyişdirmək və onun yerinə "dərin dövlət"in itaətkar agenturasını qoymaqdır.

Xatırladaq ki, ATƏT PA Gürcüstanla bağlı tənqidi qətnaməni iyulun 8-də qəbul edib. Sənəddə Gürcüstanda 2024-cü ilin oktyabrın 4-də keçirilmiş parlament seçkiləri ilə bağlı narahatlıq bildirilib, ölkədə son dövrlərdə qədul olunmuş bəzi qanunlar tənqid edilib.

Cəmilə Babayeva

Mənbə: apa.az

Xəbər Lenti