Sankt-Peterburqda avtobusun körpüdən çaya düşmə anının görüntüsü: Bir nəfər ölüb - VİDEO - FOTO - YENİLƏNİB

Tarix: 10 May 2024 15:17

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusunun körpüdən çaya düşməsi nəticəsində ölən və xəsarət alanlar var.

APA xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

https://t.me/apa_az/83407

Qeyd edək ki, avtobus Potseluev körpüsü üzərində iki avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxıb, kənar sədləri qıraraq Moyka çayına düşüb.

Sərnişin avtobusunun körpüdən çaya düşmə anının görüntüsü yayılıb.

***

14:56

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusu körpüdən çaya düşüb.

APA xəbər verir ki, avtobus Potseluev körpüsü üzərində iki avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxıb, kənar sədləri qıraraq Moyka çayına düşüb.

https://t.me/apa_az/83403

Kənardan keçən vətəndaşlar avtobusdakı insanları xilas etməyə çalışır.

Bir neçə nəfər avtobusdan çıxarılaraq, huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

Avtobusda 20 nəfərin olduğu bildirilir.

Xəbər Lenti