Bazar ertəsi, 13 İyul, 2026
Tarix: 13 Jul 2026 14:32
Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya mediası Almaniya XİN-ə istinadən məlumat yayıb.
Rusiyanın Almaniyaya, onun Avropa İttifaqındakı tərəfdaşlarına və Ukraynaya qarşı apardığı kiberkampaniyanın səfirin XİN-ə çağırılmasına səbəb olduğu bildirilib.
Fərid Əkbərov Almaniya XİN Rusiya səfiriMənbə: apa.az