Aİ Moldovaya hava hücumundan müdafiənin gücləndirilməsi üçün 120 mln. avro ayırıb

Aİ Moldovaya hava hücumundan müdafiənin gücləndirilməsi üçün 120 mln. avro ayırıb

Tarix: 13 Jul 2026 15:18

Avropa İttifaqı Moldovanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məqsədilə Avropa Sülh Fondundan (European Peace Facility) 120 milyon avro vəsait ayırıb.

APA xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

Bildirilib ki, bu, indiyədək Moldova üçün təsdiqlənmiş ən böyük hərbi yardım paketidir.

"Ayrılan vəsait orta mənzilli Hava Hücumundan Müdafiə sistemlərinin alınmasının maliyyələşdirilməsinə imkan verəcək", - Aİ Şurasının bəyanatında qeyd olunub.

Məlumata görə, yardım paketi Moldovanın müdafiə qabiliyyətinin və ölkənin hava məkanının mühafizəsi imkanlarının gücləndirilməsinə xidmət edəcək.

İlqar Xudiyev Moldova Aİ hava hücumundan müdafiə

Mənbə: apa.az

Xəbər Lenti