Tramp ABŞ-ın Hörmüz boğazına nəzarət edəcəyini və bunun müqabilində pul alacağını bildirib

Tramp ABŞ-ın Hörmüz boğazına nəzarət edəcəyini və bunun müqabilində pul alacağını bildirib

Tarix: 13 Jul 2026 16:29

ABŞ Hörmüz boğazına nəzarəti öz üzərinə götürür.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində danışıb.

"Biz Hörmüz boğazına nəzarəti öz üzərimizə götürürük. Onların (İranın) artıq heç nəyi yoxdur", - o bildirib.

Tramp qeyd edib ki, ABŞ boğazın təhlükəsizliyini təmin etməyə davam edəcək.

"Biz boğazı qoruyacağıq. Böyük ehtimalla onun idarəçiliyini də həyata keçirəcəyik. Biz boğazın mühafizəçisi olacağıq və bunu etdiyimiz zaman bunun əvəzini alacağıq. Biz 50 il ərzində bu boğazı qoruduq və buna görə heç vaxt ödəniş almadıq. İndiyədək bunu pulsuz edirdik, amma indi bundan pul qazanacağıq", - ABŞ Prezidenti vurğulayıb.

Tramp həmçinin bildirib ki, bazar günü İran ətrafındakı vəziyyətlə bağlı görüş keçirilib və müəyyən razılaşmalar əldə olunub.

Onun sözlərinə görə, daha sonra Tehran həmin razılaşmalara düzəlişlər edilməsini istəyib.

ABŞ Prezidenti əlavə edib ki, zərurət yaranacağı təqdirdə Vaşinqton İrana qarşı ciddi zərbələr endirməyə hazırdır.

İlqar Xudiyev Tramp Hörmüz boğazı İran

Mənbə: apa.az

Xəbər Lenti