Cümə, 23 Yanvar, 2026
Tarix: 10 May 2024 16:52
Rusiya ordusunun Xarkovun sərhədyanı bölgələrini atəşə tutması nəticəsində ölən və yaralananlar var.
APA-nın unian-a istinadən xəbərinə görə, bunu vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram” kanalında bildirib.
O deyib ki, səhər saatlarından etibarən Buqaevka və Volçansk qəsəbələrinə endirilən zərbələr nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.
Yaralılardan biri yaşadığı evin dağıntıları altından çıxarılıb.