Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 13 Jul 2026 19:34
Türkiyə-ABŞ münasibətlərinin gücləndirilməsi üçün Trampla əməkdaşlığı davam etdirəcəyik. APA-nın İstabul bürosu xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı səsləndirib. Türkiyə lideri 36-cı NATO Liderlər Zirvəsi çərçivəsində ABŞ Prezidenti Donald Trampın dövlət başçısı səviyyəsində 17 ildən sonra Türkiyəyə etdiyi rəsmi səfəri məmnunluqla qarşıladığını bildirərək, bunu əlamətdar hadisə kimi qiymətləndirib. “İstər Türkiyə-ABŞ münasibətlərinin daha da möhkəmləndirilməsi, istər ikitərəfli ticarət dövriyyəmizin 100 milyard dollar hədəfinə çatdırılması, istərsə də bölgəmizdə sülhün və sabitliyin təmin olunması istiqamətində cənab Trampla birlikdə çalışmağa davam edəcəyik”, – Ərdoğan qeyd edib.
Dəryanur Cəfərova Tramp ƏrdoğanMənbə: apa.az