Cümə, 23 Yanvar, 2026
Tarix: 11 May 2024 11:16
Ermənistan parlamentinin keçmiş deputatı Tiqran Urixanyan rəsmi İrəvanın sorğusu əsasında Rusiyada saxlanılıb.
APA-nın “lurer.am”a istinadən xəbərinə görə, müxalifətdəki “Alyans” Partiyasının sədri olan T. Urixanyan ölkəsində hökumət əleyhinə açıq çağırışlarda ittiham olunur.
Ona qarşı Ermənistanın Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılıb.