Cümə, 23 Yanvar, 2026
Tarix: 11 May 2024 15:35
Ukrayna Ordusunun Donetsk ərazisində yerləşən otellərdən birinə raket zərbələri nəticəsində 5 nəfər ölüb, altı nəfər yaralanıb.
APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, zərbələr HIMARS raket komplekslərindən endirilib.
https://t.me/apa_az/83466Məlumatda qondarma "Donetsk Xalq Respublikası"nın yaranmasının 10 illiyi münasibətilə avtoyürüş iştirakçılarının həmin hotelin qarşısına toplaşdığı bildirilir. Hotel binası ilə yanaşı, avtomobillər də raket zərbələrinə tuş gəlib.
Luqanskdakı neft bazalarından biri isə ATACMS raketləri ilə vurulub.
Dörd nəfərin öldüyü bildirilir.