İsrail Qəzzanın şimalında hərbi əməliyyatlara başlayıb

Tarix: 12 May 2024 00:58

İsrail Müdafiə Qüvvələri HAMAS üzvlərinin Qəzza zolağının şimalındakı Cəbəliyə şəhərində əməliyyatlara başlayıb.

APA-nın məlumatına görə, İsrail ordusunun sözçüsü Daniel Həqari anklavın bu ərazisində hərbi əməliyyatların intensivləşdiyini açıqlayıb.

“Biz son həftələrdə HAMAS-ın Cəbəliyyədə hərbi potensialını bərpa etmək səylərini aşkar etdik və bu təhlükəni aradan qaldırmaq üçün bölgədə əməliyyatlar həyata keçiririk”, - deyə Həcəri bildirib.

Xəbər Lenti