Ermənistan hökuməti ABŞ-la TRIPP üzrə sazişin ratifikasiyasını müzakirə edəcək

Ermənistan hökuməti ABŞ-la TRIPP üzrə sazişin ratifikasiyasını müzakirə edəcək

Tarix: 15 Jul 2026 13:17

Ermənistan və ABŞ arasında TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi çərçivəsində imzalanmış strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası məsələsi hökumətin iyulun 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Armenpress” xəbər verir ki, Ermənistan hökuməti sazişin ratifikasiyası haqqında qanun layihəsinin təsdiqlənməsini təklif edir. Layihə hökumət iclasında məruzəsiz baxılacaq məsələlər sırasındadır.

Çərçivə sazişi 2026-cı il iyunun 1-də Vaşinqtonda, iyunun 4-də isə İrəvanda imzalanıb.

Sazişdə nəzərdə tutulan öhdəliklərin Ermənistan Konstitusiyasına uyğunluğunun müəyyən edilməsi məqsədilə sənəd Konstitusiya Məhkəməsinə göndəriləcək.

Əgər Konstitusiya Məhkəməsi sazişin müddəalarının Konstitusiyaya uyğun olduğu qənaətinə gəlsə, hökumətin qanunvericilik təşəbbüsü müəyyən olunmuş qaydada Ermənistan Milli Məclisinə təqdim ediləcək.

İlqar Xudiyev TRIPP layihəsi üzrə strateji tərəfdaşlıq sazişi ABŞ Ermənistan

Mənbə: apa.az

Xəbər Lenti