Cümə, 23 Yanvar, 2026
Tarix: 12 May 2024 05:53
Fələstinin HAMAS hərəkatının saxladığı girovları azad etməsindən sonra Qəzza zolağında atəşkəs rejimi başlayacaq.
APA xəbər verir ki,, bu barədə ABŞ Prezidenti Co Bayden Vaşinqton ştatında seçki kampaniyası üçün vəsait toplama tədbirində çıxışı zamanı deyib.
"HAMAS girovları azad etsə, sabah Qəzzada atəşkəs olacaq", - deyə o bildirib. C.Bayden çıxışının lap əvvəlində İsrail ətrafındakı vəziyyətə toxunmaq istədiyini bildirib.
Daha sonra ABŞ Prezidenti İsrail haqqında danışmağa davam etmək istəmədəyini qeyd edib və Amerikanın daxili mövzularına keçdi.