Zelenski: Ukrayna ildə 10 milyon dron istehsal edir, bu rəqəm 20 milyona çatdırılacaq

Zelenski: Ukrayna ildə 10 milyon dron istehsal edir, bu rəqəm 20 milyona çatdırılacaq

Tarix: 15 Jul 2026 14:59

Ukrayna ildə 10 milyon pilotsuz uçuş aparatı istehsal edir.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Ukrayna Dövlətçiliyi Günü münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Ukrayna bu göstəricini 20 milyona çatdırmağı planlaşdırır.

Ukrayna Prezidenti xatırladıb ki, vaxtilə ildə 1 milyon dron istehsal ediləcəyi ilə bağlı açıqlaması böyük şübhə ilə qarşılanmışdı.

“Xatırlayıram ki, ilk dəfə dövlətin ildə 1 milyon dron istehsal edəcəyi planını ictimaiyyətə açıqlayanda buna həm ölkə daxilində, həm də xaricdə çoxları skeptik yanaşırdı. İndi isə faktı qeyd edə bilərik: biz ildə 10 milyon dron istehsal edirik. 10 milyon, gələcəkdə isə bu rəqəm 20 milyon olacaq”, – Zelenski vurğulayıb.

İlqar Xudiyev Zelenski Ukrayna dron istehsalı

Mənbə: apa.az

Xəbər Lenti