Cümə, 23 Yanvar, 2026
Tarix: 12 May 2024 13:00
Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərinə zərbə endirib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Şors küçəsində raket zərbəsinə məruz qalan onmərtəbəli binanın bir girişi tamamilə çöküb.
İlkin məlumata görə, 4 nəfər ölüb, 21 nəfər yaralanıb.
Dağıntılar altında qalanların olduğu istisna edilmir.
“112” Telegram kanalı dağıntılar altında 20 nəfərin qaldığının ehtimal olunduğunu yazıb.
https://t.me/apa_az/83489