Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış olub

Tarix: 12 May 2024 15:33

Ermənistanın Ararat vilayətində yanacaqdoldurma məntəqəsində partlayış olub.

APA-nın xəbərinə görə, bu barədə “shamshyan.com” saytı məlumat yayıb.

Hadisə yerinə iki yanğınsöndürmə-xilasedici dəstəsi göndərilib.

Hələlik xəsarət alanlarla bağlı məlumat verilməyib.

Xəbər Lenti